Ramazanda ağız qoxusunu qarşısının alınmasının 8 yolu

24 İyul 2012 16:38 (UTC+04:00)

Ramazan ayında bir çox adam aclıq və susuzluğu bağlı olaraq ağız və nəfəs qoxusu problemi yaşar. Pis ağız qoxusu həm oruc tutan adamı həm də ətrafını narahat edə bilir.

Ağız qoxusunun qabağına keçmək üçün aşağıdakılara riayət edin

1. Dişlərinizi 2 dəqiqə fırçalayın: Orucunuza başlamadan əvvəl və orucunuzu açdıqdan sonra dişlərinizi mütləq ən az iki dəqiqə fırçalayın.

2. Darçın yeyin: İftar və sahurda uyğun yemək və içkilərə darçın qatın.

3. Gecə burnunuz tıxaclı yatmayın: Gecə yatarkən burnunuzun tıxaclı olmadığından əmin olun və ağızınızdan nəfəs almamağa diqqət yetirin.

4. Loxmalarınızı yaxşı çeynəyin: Loxmaların yaxşı çeynənməsi həzmə kömək edəcəyindən mədə turşusunun da daha az meydana gəlməsini, bu səbəbdən səhərlər oyanıldığında ağız qoxusunun meydana gəlməməsini təmin edər.

5. Limonlu su için: Limon ağız qoxusunun aradan qaldırılmasında təsirli bir yemək olduğunu üçün yeməyin yanında limonlu su için.

6. Dili və yanaqların iç qisimini də fırçalayın: Ramazanda yalnız diş fırçalamaq tək başına kafi olmaz. Ağız qoxusunun qarşısını almaq üçün dilin üstü və bununla birlikdə yanaqların iç səthləri də yaxşıca fırçalanılmalıdır.

7. Diş ipi və ağız qarqarası istifadə edin: Ağız baxımında yalnız diş fırçası ilə də keçinmək olmaz. Diş ipi və ağız qarqarası istifadə edərək ağız qoxusu meydana gəlməsinin tamamilə qarşısını almaq olar.

8. Ramazanın əvvəlində diş həkiminizi ziyarət edin: Ramazandan əvvəl ağız boşluğuna və dişlərinizə baxbaxdırmaq üçün diş həkiminə müraciət edin.