Vanda mina partladı

24 İyul 2012 17:44 (UTC+04:00)
Movqe.Az bildirir ki, Türkiyənin Van vilayətində mina partlaması nəticəsində 2 uşaq yaralanıb. Hadisə Başqala mahalına bağlı bir kənddə baş verib. Partlayış zamanı quzu otaran 2 uşaq yaralanıb. 23 quzu isə məhv olub. Yaralı 2 uşaq təcili yardımla Dövlət Xəstəxanasında müalicəyə alınıb​​. Təhlükəsizlik qüvvələri hadisə ilə əlaqədar istintaq başladıb.