Avraam Russo özünün və həyat yoldaşının ad gününü qeyd edib-FOTOLAR

25 İyul 2012 00:29 (UTC+04:00)
Movqe.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, müğənni Avraam Russo özünün və həyat yoldaşının ad gününü qeyd edib. Müğənninin ad günü tortunun üstündə 73 yaş yazılmışdı. Sonra məlum olub ki , Avraam Russo və həyat yoldaşı Morellanın ad günü eyni gündədir. Avraam Russonun 43, Morellanın isə 30 yaşı tamam olub. Onların hər ikisinin yaşının cəmi ad günü tortunun üzərinə yazılmışdı. Ad günündə Avraamın anası, yaxınları və şou-bizness dostları iştirak ediblər.