Qana prezidenti vəfat edib
25 İyul 2012 11:26 (UTC+04:00)
Qana prezidenti Con Evans Atta
Millz paytaxt Akkrada 69 yaşında vəfat edib. "Ürək ağrısı ilə
Qana Respublikasının prezidentinin qəfil vaxtsız ölümü barədə
məlumat veririk", deyə prezident administrasiyasının məlumatında
bildirilir.
Millzin xəstəliyi barədə onun vəfatından bir neçə saat əvvəl elan
olunub. Xəstəliyin mahiyyəti barədə məlumat verilmir.
Millz 2009-cu ildə müxalifətçi Milli Demokratik Konvent
partiyasının namizədi olaraq seçkilərdə 50,23% səs toplayaraq
hakimiyyətə gəlmişdi. Hüquqşünas olan Millz 1997-2001-ci illərdə
Qananın vitse-prezidenti olub.