Hər millimetrində 5 gözü var
25 İyul 2012 13:33 (UTC+04:00)
Movqe.Az bildirir ki, Təbiətdəki ən qəribə
heyvanlardan biri kəşf edilib. Kembric şəhəri yaxınlığındakı bir
təbiət qoruma sahəsində kəşf edilən yalnız 12 millimetr uzunluğu
olan soxulcanda 60 göz təsbit edilib. "Bedfordshire" Təbii Həyat
Vəqfi direktoru Brian Everşam tərəfindən kəşf edilən soxulcanın,
Hollandiya və Şimali İrlandiyada kəşf edilən soxulcan növlərinə
bənzəməklə bərabər yeni bir növ olduğu düşünülür.
Hələ bir ad verilməyən soxulcanla əlaqədar, "Tamamilə yeni,
təyin olunmamış bir növ" olduğu bildirilib və buna bənzər bir növün
əvvəllər yalnız bir dəfə Hollandiyada görüldüyü qeyd edilib.
Brian Everşam soxulcanın kəşfi ilə bağlı bu sözləri söyləyib:
"Bir bazar günü səhəri təbiətdə fotoşəkillər çəkirdim. Bir kötüyü
qaldırdım və altından bu sevimli yoldaş çıxdı."