Kristian Bale Kolorado hadisəsindən xilas olanları ziyarət etdi

25 İyul 2012 14:11 (UTC+04:00)
Movqe.Az "Euronews"a istinadən bildririr ki, Amerika Birləşmiş Ştatlarının Kolorado əyalətində, "Batman" filminin nümayişi zamanı 12 adamı öldürən 24 yaşlı Ceyms Holmes bir çox ailənin həyatını alt-üst edib.

Aurora şəhərindəki bir kino salonunda cümə günü meydana gələn hadisədən xilas olan 21 yaşlı hamilə qadın dünən bir oğlan dünyaya gətirib. Hücumda yaralanan yoldaşı isə eyni xəstəxanada hələ reanimasiyadadır. Onunla birlikdə ağır yaralı digər altı adamın da vəziyyəti ciddiliyini qoruyur.

Təcavüzkar dünən ilk dəfə məhkəməyə çıxıb. Şübhəli üçün edam cəzası tələb edilib edilməyəcəyini ailələrin qərarı təyin edəcək.

Bundan əlavə, "Batman" filminin əsas qəhrəmanı Kristian Bale Auroraya gedərək xəstəxanadakı yaralıları ziyarət edibi. Bale, daha sonra hadisənin baş verdiyi yerə çiçək qoyub.