Dənizdə uşaq cəsədi tapıldı

25 İyul 2012 14:08 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Xəzər dənizində uşaq batıb.

Fövqəladə Hallar Nazirliyinin rəsmi saytının verdiyi məlumata əsasən, Xəzər rayonunda, dənizdə ("Buzovna" sularda xilasetmə məntəqəsindən təxminən 1300 m solda, nəzarətsiz ərazidə) 6-8 yaşlarında uşaq cəsədi aşkarlanıb.

Nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Cəsəd nazirliyin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Türkan Nadirqızı

Movqe.Az