Bakıda güllələnmə hadisəsi baş verib

25 İyul 2012 14:18 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, ötən gecə Bakı sakini güllələnib.

Qeyd edək ki, qolundan yaralanan Bayıl sakini xəstəxanaya çatdırılıb. Hadisə ötən gecə Səbail rayonunda güllələnmə hadisəsi baş verib.

Səbail rayonu 20-ci sahə Ömər Faiq Nemanzadə küçəsi 198-də yaşayan Həşimov Elnur Əhməd oğlu güllə yaraları ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı yaralının qol nahiyyəsində bir neçə güllə yarasının olduğu aşkarlanıb.

Faktla bağlı araşdırma davam edir.

Türkan Nadirqızı

Movqe.Az