Dünyanın ən bahalı medalı 2012-ci ildə veriləcək

25 İyul 2012 16:36 (UTC+04:00)
Movqe.az xəbər verir ki, İngiltərədə 27 iyulda başlanacaq 2012-ci il London Olimpiadalarında veriləcək medallar üçün cəmi 8 ton qızıl, gümüş və mis istifadə edildiyi bildirilib. 2008-ci il Pekin Olimpiadalarında verilən medallar 200 qram olduğu halda, London olimpiadalarında veriləcək medalların  410 qram olaraq hazırlandığı bildirilib. Olimpiada medallarının dizaynını isə İngilis sənətkar Deyvid Vatkins Nikenin hazırladığı söylənir. London Olimpiadalarında 2012-ci ildə veriləcək 4 min 700 ədəd qızıl, gümüş və bürünc medallar hazırda London Qülləsində polad qapılar arxasında saxlanılır.