Qrelandiya buzlaqları sürətlə əriyir

25 İyul 2012 17:11 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Qrenlandiyada buzlaq səthinin dörd gündə 97 faizi əriyib. NASA-da çalışan elm adamları Qrenlandiyanı tədqiq edən peyk görüntüləri qarşısında heyrətə düşüb. Belə ki, onlar  8-12 iyul tarixləri müddətində buzlaq səthinin 97 faizinin əridiyini göstərən qeydlərdə ilk əvvəl səhvlər  olduğunu düşünsələr də, sonradan bunun həqiqət olduğunu aydınlaşdıranda təşvişə düşüblər. NASA-nın Qodard Kosmos Səfəri Mərkəzi buzlaq mütəxəssisi Cay Zvali bu hadisənin bənzəri olmadığını vurğulayıb. NASA tərəfindən nümayiş olunan görüntülər buzlaq səthində normalda 40 faiz olan ərimənin 97 faizə yüksəldiyini göstərib.