Dünyanın ən dəqiq foto görünüşü

25 İyul 2012 16:36 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Beynəlxalq Kosmos Stansiyasında çəkilən görüntülərin dəyərləndirilməsi ilə hazırlanan video ictimai paylaşma saytlarında izlənilmə rekordları qırır.

Fotoqraf Knate Myersin diqqətli işinin nəticəsi olan görünütülərdə Dünyanın orbitində saatda təxminən 18.000 mil sürətlə irəliləməkdə olan nəhəng stansiyanın möhtəşəm Dünya mənzərəsi gözlər önünə sərilir.

Mysersin video paylaşma saytı Vimeoda yerləşdirdiyi görüntülərə "Sunshine" filminin musiqisi müşayiət edir. Sənətçi videoyla bağlı: "Bu videodaki hər kvadrat Beynəlxalq Kosmos Stansiyası tərəfindən çəkilib. Bütün hüquqlar stansiyada vəzifə yerinə yetirən personala aiddir" - qeydini yazıb.

Tural QABİLOĞLU