Elvin Abbasovun İstanbul tətilindən isti-isti görüntülər

25 İyul 2012 16:36 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Azərbaycanın gənc müğənnisi həm ziyarət, həm ticarət edib.

Gənc müğənni Elvin Abbasov yayın gəlişinə baxmayaraq tam sürətlə yaradıcılıq işləri ilə məşğuldur. Bu günlərdə o, istirahət üçün Türkiyənin İstanbul şəhərinə yollansa da, orada da işləməyə müvəffəq olub. İstanbulun ən gözəl yerlərini gəzən Elvin yeni fotosessiya ilə bahəm yeni klipi üçün də görüntülər toplayıb. Hələlik klipin hansı mahnısı üçün çəkiləcəyini bildirməsə də, ən son fotoları ilə bölüşüb. Həmin tətildən olan şəkilləri sizə də təqdim edirik:


Türkan Nadirqızı

Movqe.Az