Misirdə xristianlara qarşı gülünc fətva

25 İyul 2012 20:47 (UTC+04:00)

Misirdə radikal dini meyllərin güclənməsi bir daha təsdiqini tapıb. Lent.az-ın "haberturk.com" saytına istinadən verdiyi məlumata görə, Sələfi hərəkatının öndə gələn nümayəndələrindən Yassir əl-Burhami müsəlman sürücülərin xristian din adamlarına xidmət göstərməsini qadağan edən fətva verib. Yassir əl-Burhami bildirib ki, müsəlman taksi və avtobus sürücülərinin xristian din adamlarını maşına götürməsi bir sərnişini spirtli içkilər içilən bara aparmasından daha pisdir. Qeyd edək ki, İbn Taymiyya və İbn Kayyim zamanında kilsə tikmək bir meyxana və fahişəxana inşa etməkdən daha pis əməl sayılıb.