Avropa Birliyi insan haqları üzrə xüsusi nümayəndə təyin edib

26 İyul 2012 11:47 (UTC+04:00)
Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton Stavros Lambrinidisi AB-nin insan haqları üzrə ilk xüsusi nümayəndəsi təyin edib.
APA-nın xəbərinə görə, S. Lambrinidis sentyabrın 1-də vəzifəsinin icrasına başlayacaq. AB-nin insan haqları üzrə xüsusi nümayəndəsi vəzifəsinin təsis olunması təşkilatın bu sahədə siyasətinin effektivliyini yüksəltmək məqsədi daşıyır.

S. Lambrinidis Yunanıstanın xarici işlər naziri vəzifəsində çalışıb və Avropa Parlamentinin vitse-prezidenti olub. 

Xüsusi nümayəndənin vəzifələri sırasına dünyada insan haqları və demokratiyanın vəziyyətinə dair illik hesabat hazırlamaq da daxil olacaq.