Artıq Şotlandiyada eynicinsli nikahlara icazə verəcək

26 İyul 2012 13:07 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Şotlandiya hakimiyyəti eynicinsli nikahlara icazə verəcək. 

Qeyd edək ki, Rusiya mətbuatının yaydığı məlumatda, bu barədə ölkənin baş nazirinin müavini Nikola Stercn xəbər verib. Həmin qanunun bu ilin sonunadək hazırlanacağı və artıq 2015-ci ildə qüvvəyə minəcəyi gözlənilir.

"Biz düşünürük ki, düz hərəkət edirik. Biz həm də parlamentdə təmsil olunan digər partiya liderlərinin də eynicinsli nikahları dəstəkləməsi faktını nəzərə alırıq. Ona görə, qanun deputatların dəstəyini alacaq", - deyə parlamentdə əksəriyyətə malik olan Şotlandiyanın Milli Partiyasını təmsil edən Stercn bildirib.

Xatırladaq ki, bu gün Kanada, Belçika, Argentina, İsveç, CAR və digər əsasən də Avropa ölkələrində belə nikahlara icazə verilir.

Türkan Nadirqızı

Movqe.Az