Bakıda iki avtobus minik maşınları ilə toqquşub

26 İyul 2012 13:14 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Qaradağ rayonunda zəncirvari qəza olub. Qəza nəticəsin də xəsarət alanlar var.

Qeyd edək ki, 124 saylı marşrut avtobusu idarəetməni itirərək qarşısında dayanan, eyni xətt üzrə hərəkət edən avtobusa, avtobus "Mercedes"ə və "Hyundai" markalı avtomobilə, sonuncu isə "Mitsubishi"yə dəyib. Hadisə nəticəsində xəsarət alan sərnişinlər barədə dəqiq məlumat yoxdur. Onlardan biri, 1968-ci il təvəllüdlü Ağababa Məmmədov onurğa və bel nahiyəsinin və döş qəfəsinin əzilməsi diaqnozu ilə Travmatologiya İnstitutuna daxil olub. Hazırda vəziyyəti orta ağırdır.

Faktla bağlı araşdırma davam edir.

Türkan Nadirqızı

Movqe.Az