Meksikada partlayış olub

26 İyul 2012 14:10 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Meksikanın şimalındakı Koahuila əyalətində kömür mədənində baş verən mədən qazı partlayışı nəticəsində içəridə qalan 7 işçinin öldüyü bildirilib. Əyalətin mülki müdafiə qrupu üzrə rəhbəri  Françisko Kontreras Obreqon içəridə qapalı qalan işçilərin cəsədlərinin tapıldığını bildirib. Partlayış ABŞ-ın Texas əyalətinin sərhəd şəhəri olan "Eagle Pass"ın 150 kilometr cənub-qərbindəki "Əl Progreso" mədənində meydana gəlib. Xatırladaq ki, Koahuila əyalətindəki başqa bir kömür mədənində 2006-cı ildə meydana gələn mədən qazı partlayışında 65 nəfər dünyasını dəyişmişdi.