100 milyon illik krater tapılıb

26 İyul 2012 15:00 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Kanadalı alimlər Şimal qütbündə 100 milyon il əvvəl Yer kürəsi ilə toqquşan  meteoritə (fəzalardan yerə düşən metal və ya daş kütləsi) aid krater tapıb. Kanadanın Saskatçevan Universitetindən bir qrup elm adamının uzun müddət icra etdikləri işdə aşkar olunan kraterin bu günə kimi kəşf edilən 30-cu meteorit krateri olduğu açıqlanıb. Kanada Milli Qaynaqlar Nazirliyinin Geoloji Araşdırmalar Mərkəzinin də dəstək verdiyi iş qrupunun lideri Professor Brian Prat verdiyi yazılı şərhdə,'' Bu krater, kosmik kainat tapmacasının başqa bir hissəsidir'' ifadəsini işlədib. Kraterlərin laylarında, yer qabığının təşəkkül mərhələləri və o zamanki həyata dair məsləhətlər olduğunu yazan Brian Prat 25 kilometrlik  sahəni örtən krateri 2 illik əməyin nəticəsində tapdıqlarını bildirib.