Suriyalı idmançılarının bayraq mərasiminə mətbuat mənsublarının böyük maraq göstərdikləri müşahidə edilib.
Bayraq mərasimindən sonra mətbuat nümayəndələri suriyalı idmançılardan müsahibə almaq üçün böyük səy göstəriblər. Suriyalı idmançıların olimpiada ilə bağlı sualları cavablandırmalarına baxmayaraq, ölkələrindəki vəziyyətlə bağlı sualları cavabsız qoyublar.
Mərasimdə bir qadının üzərində Bəşər Əsədin fotoşəkili olan bayrağı daşıması diqqəti çəkib.