Bakıda 4 nəfəri gün vurub

26 İyul 2012 23:50 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Bakıda dünən günvurma ilə bağlı 4 nəfər təcili yardıma müraciət edib.

Təcili yardıma müraciətlər gecə saatlarında olub. Gün vuranlardan biri xəstəxanaya yerləşdirilib. 32 yaşlı qadın günvurmadan 2-3-cü dərəcəli yanıq xəsarətləri alıb və yanıq mərkəzinə yerləşdirilib. Digərləri isə xəstəxanaya getməkdən imtina edib, onlara yerində tibbi yardım göstərilib. Gün vuranlardan biri isə 8 yaşlı uşaq olub.

Türkan Nadirqızı

Movqe.Az