Bu ölkədə saqqız çeynəmək qadağandır

26 İyul 2012 16:46 (UTC+04:00)
Movqe.Az bildirir ki, Uzaq şərqin inkişaf etmiş ölkələrindən biri olan Sinqapur, müasir quruluşunun yanında maraqlı xüsusiyyətləriylə də bu ölkəyə ziyarətə gedən turistləri çaşdırır. Böyük limanlarıyla tanınan və gələcəyin "Dubay"ı gözüylə baxılan Sinqapurda vətəndaşların saqqız çeynəməsi qadağandır.

Belə ki,  saqqız çeynəməyin qadağan olduğu bu ölkədə saqqız, ərzaq və marketlərdə satılmır. Saqqız almaq istəyən bir adam şəxsiyyət vəsiqəsini təqdim etməklə saqqızı ancaq apteklərdən ala bilər.

İlk dəfə eşidərkən maraq və çaşqınlıq yaradan bu mövzu, Singapurlu vətəndaşlar tərəfindən də təsdiqlənib. Saqqızın nəyə görə qadağan olduğu mövzusunda ölkədə müxtəlif fikirlər yayılır, amma gənc nəsil də, ümumiyyətlə saqqızın nə səbəbə qadağan olduğunu bilmir.

Söylənilən rəvayətlərə görə, ölkədə metronun ilk açıldığı gün metro qəza edir və ölkə milyonlarla dollar zərər edir. Metronun qəzaya uğramağına səbəb, metronun həssas bir nöqtəsinə, sensoruna yapışdırılan bir saqqız olur və ölkə rəhbərliyinin aldığı bir qərarla Sinqapurda saqqız çeynəmək rəsmi olaraq qadağan edilir.

Bir başqa hekayəyə görə isə, Sinqapurlu vətəndaşlar ümumiyyətlə saqqızı çeynədikdən sonra sağa-sola yapışdırdıqları üçün hər yerdə çirkli bir görünüş meydana gəlir. Bundan əlavə, ölkə idarəçilərdən birinin oturduğu bir kresloya yapışdırılmış saqqız, ölkədə saqqızın qadağan edilməsinə səbəb olub.

Sinqapurlu vətəndaşlara bu mövzu ilə bağlı sual verildikdə, saqqızın qadağan edilməsinin dəqiq bir səbəbini bilmirlər, amma ümumiyyətlə bəhs edilən bu iki hekayəni ölkələrinə gələn xarici qonaqlara izah edirlər.