İnsanın ən çox maraqlandığı yer

26 İyul 2012 17:04 (UTC+04:00)

Movqe.az xəbər verir ki, ABŞ Hava və Kosmos Dairəsi (NASA), yüksək dəqiqliyə sahib Hi-C adlı teleskopla günəş tacının bu günə qədər əldə edilmiş ən dəqiq və ən yaxından görüntüsünü çəkib.

Günəş tacı günəşin plazmadan ibarət olan və kosmosun milyonlarla kilometr içinə qədər uzanan parlaq gazyuvarına verilən addır. Günəş tutulması əsnasında sadə gözlə də görülə bilən hala gəlir.

Kosmosa göndərilən Hi-C, dünyaya geri dönməzdən əvvəl günəş tacının hər biri 16 meqapiksel olan 150 kvadrat fotoşəkilini çəkib. Bu fotoşəkillər daha sonra bir araya gətirilərək videoya çevrilib.