Bu hadisə ona baha başa gəldi

26 İyul 2012 17:22 (UTC+04:00)
Movqe.Az bildirir ki, Paytaxt Pekin yaxınlığında 110 ton qum yüklədiyi yük maşınıyla keçən il 238 metr uzunluğundakı 20 illik körpünü çökdürən sürücü Janq Moyinə 4 il həbs və 15 milyon yuan (təxminən 2.5 milyon dollar) pul cəzası verilib. Yerli məhkəmənin ictimai mala ağır ziyan verməkdə təqsirləndirdiyi hadisəyə görə açıqladığı qərar ictimaiyyətdə lağa qoyulan bir mövzusu olub. Körpünün kifayət qədər möhkəm edilmədiyindən şübhələnən internet istifadəçiləri bələdiyyə səlahiyyətlilərini tənqid edib. Sürücünün cəzanı ödəyə bilməsi üçün 300 il işləməsi lazım olduğunu söyləyən internet istifadəçiləri, məhkəmənin "ictimai mənfəət" üçün Janqın tez bir zamanda sərbəst buraxılması lazım olduğunu müdafiə ediblər.