5 min illik firon gəmisi tapıldı

26 İyul 2012 18:22 (UTC+04:00)

Fransız arxeoloqlar Misirin Əbu Ravaşşəhərində apardıqlarıqazıntı işində, təxminən 5 min yaşı olan fironungünəş gəmisi tapıb.

Misir Tarixi Əsərələr Naziri Məhəmməd İbrahim tapılan günəş gəmisinin 5 min il əvvəl hökm sürmüş ilk xanədan dövrlərindən biri olan Firon Den dövrünə aid olduğunu bildirib.

Əsərin vəziyyəti haqqında məlumatlar verən İbrahim, gəminin uzunluğunun 6 metr, eninin isə 1,5 metr və hələ istifadəyə yararlı vəziyyətdə olduğunu, muzeydə sərgilənməzdən əvvəl göyərtədə yeniləmə işlərinin ediləcəyini açıqladı.

Mütəxəssislər, ölümünün yaxınlaşdığını anlayan fironların axirətə səfər etmək üçün ''günəş gəmilərini istifadə etdiyini və inanclarına görə bu sayədə axirətə çatdığını ifadə etdi.

Misirli arxkeoloqlar 1954-cü ildə Firon Khufunun 4 min 500 illik 43 metr hündürlütündə sidrdən hazırlanmış günəş gəmisini Giza Piramidalarında tapdıqdan sonra eyni yerdə sərgiyə açmışlar.