Kanadada “Azerbaijan Star” qəzeti nəşrə başlayıb

26 İyul 2012 20:34 (UTC+04:00)
Kanadanın Toronto şəhərində "Heydarbaba Media Group"un təsisçiliyi ilə "Azerbaijan Star" qəzeti ingilis dilində nəşrə başlayıb. Bu barədə APA-ya qəzetin baş redaktoru, Kanadada yaşayan soydaşımız Yaşar Purəli məlumat verib. O bildirib ki, qəzetin ilk sayı bu ayın 23-də işıq üzü görüb: "5000 tirajla nəşr olunan "Azerbaijan Star" 20 səhifəlik aylıq qəzetdir. Torontoda çap edilərək ətraf şəhərlərdə, eləcə də 40-a yaxın müəssisələrə pulsuz paylanılıb. Növbəti buraxılışları hər ayın 15-də çap edəcəyik. Qəzetin məqsədi Azərbaycan mədəniyyətini və turizmini Kanada cəmiyyətinə daha çox tanıtmaqdır".