Ban Ki-Moon: Suriya məsələsinin həllini təxirə salmayın

26 İyul 2012 18:53 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Suriyada 17-ci aydır yaynan qarşıdurmalar ölkənin şimalındakı Hələb şəhərinə keçib. Bəşər Əsədlə bağlı ordu birlikləri ilə müxalif Azad Suriya Ordusu döyüşçüləri arasında iki gündür sıx qarşıdurmalar yaşanır.

Müxalif qaynaqlar şəhərin yüzdə 50-ə yaxınının əllərində olduğunu deyir. Əldə edilən məlumata görə, Suriya ordusu Humus və Hələbdə rejim əleyhdarlarına yönələn əməliyyatlarını döyüş vertolyotları və ağır silahlar vasitəsilə davam etdirir.

Bu arada, Bosniya Herseqovinada olan Birləşmiş Millətlər Təşkilatının Baş katibi Ban Ki-Moon, dünən Suriya böhranı mövzusunda beynəlxalq cəmiyyətə səslənərək: "həlli təxirə salmayın" deyib: "Döyüş yaralarını sarımağa çalışan Bosniya-Herseqovinanın ürəyindən dünyaya mesaj göndərirəm: təxirə salmayın, bir olun və Suriyadakı qırğınların dayandırılması üçün hərəkətə keçin".

Digər tərəfdən, Türkiyə, Cilvegözü, Öncüpar və Karkamış sərhəd qapılarından Suriya nömrəli vasitələrin giriş-çıxışlarını müvəqqəti olaraq dayandırmağı qərara alıb. Bu sərhəd qapılarından Türk vətəndaşlarının Suriyaya keməsinə də icazə verilmir. Ölkələrindəki hadisələrdən qaçaraq Türkiyəyə sığınan suriyalılara isə qapılar hələ də açıqdır.

Tural QABİLOĞLU