Azərbaycanda ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulunun vaxtı açıqlanıb

27 İyul 2012 12:32 (UTC+04:00)
APA-nın məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında bildirib ki, abituriyentlər avqustun 1-dən 24-dək internet vasitəsilə elektron ərizələrini doldurmalı, tələb olunan sənədləri təhsil aldıqları tədris müəssisəsinin yerləşdiyi rayonda fəaliyyət göstərən sənəd qəbulu komissiyalarına təqdim edərək təsdiqlətdirməlidirlər. Bu il ümumi orta təhsil bazasında (9 illlik) 47 orta təhsil müəssisəsinə qəbul aparılacaq. Ayrılmış plan yerlərinin sayı 10404-dür. Onlardan 4866-sı dövlət sifarişi üzrə, 5538-i ödənişli əsaslarladır.