Futbolun qaydaları dəyişir, ağ kart da olacaq

29 Dekabr 2014 09:42 (UTC+04:00)

UEFA prezidenti Mişel Platini futbolda ağ kart ideyasını dekabrın 28-də yenidən səsləndirib. Onun bu ideyası ilk dəfə oktyabrda işıq üzü görmüş və sərt tənqidlə üzləşmişdi.Platini bu gün Dubayda idman konfransında deyib ki, xəbərdarlıq olan sarı kart və oyundan tamam çıxardan qırmızı kart qalacaq, ancaq ağ kart göstərməklə kobudluğa görə oyunçunu müvəqqəti olaraq 5-10 dəqiqəliyə oyundan çıxartmaq olar. Platini deyib ki, bu qayda reqbi kimi başqa idman növlərində mövcuddur. UEFA prezidenti həmçinin təklif edir ki, oyundankənar vəziyyət qaydası sadələşdirilməlidir. Onun fikrincə, qayda sadə olmalıdır ki, televiziya qarşısındakı daha çox tamaşaçı bu qaydanı anlasın.