Artıq “You Tube”da təhqiramiz sözlər yazmaq mümkün olmayacaq

27 İyul 2012 16:41 (UTC+04:00)

Movqe.az xəbər verir ki, "YouTube" indi də adını gizlədib şərh etməyi söyüş söymək hesab edən "qorxaqlar"la mübarizə aparır. Belə ki, Google "Youtube"daki şərh sistemini dəyişərək, şərh yazanların əsl adlarını istifadə etmələrinə məcbur edəcək  edəcək yeni proqram tətbiq edib. Yeni sistemdə şərh yazmaq istəyənlərdən Google + hesablarını istifadə edərək şəxsiyyətlərini açıqlamaq istəyib istəmədikləri soruşulur. Şəxsiyyətini açıqlamaq zəruri deyil, lakin şəxsiyyətlərini gizləmək istəyənlərin qarşısına bunun səbəbini soruşan ikinci bir səhifə çıxır. Kobud, təcavüzkar və təhqiramiz, söyüşlü şərhlərin "YouTube"da xoşagəlməz hallar yaratdığı danılmazdır, lakin yeni sistemin bu çətinliyi nə dərəcədə həll edəcəyi bəlli deyil. Yenidən gizliliyi seçənlərin qarşısına davamlı çıxan "Niyə gizliliyi seçdiniz?" səhifəsi bəzilərinin sürətini azalda bilər.