Azərbaycanda neft daşıyan yük qatarında yanğın olub

28 İyul 2012 12:12 (UTC+04:00)
Azərbaycanda neft daşıyan yük qatarında yanğın olub.

APA-nın məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin saytında məlumat yerləşdirilib. 

Hadisə ötən gün axşam saatlarında Hacıqabul rayonu ərazisində qeydə alınıb. Gürcüstan Respublikasından Sanqaçal Neft Terminalı istiqaməti ilə hərəkət edən neft çənləri daşıyan yük qatarının elektrovozunun kabinə hissəsi və mühərriki yanıb. Yanğından neft çənləri mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.