Hərbçilərimiz NATO Qərargah zabitləri kursuna qatılacaqlar

3 Yanvar 2015 14:19 (UTC+04:00)

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcəklər.

Movqe.az xəbər verir ki , Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, yanvar ayının 5-dən 9-dək Almaniyanın Oberammerqau şəhərində NATO Qərargah zabitləri üçün tanışlıq kursu keçiriləcək.

Tədbirdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.