Alim Qasımov Tehranda konsert verəcək
3 Yanvar 2015 15:04 (UTC+04:00)
Azərbaycanın görkəmli muğam ustası Alim Qasımov Tehranda konsert
verəcək. Movqe.az Trend-ə istinadən verdiyi məlumata görə, konsert
yanvar ayının 11-12-də Tehranın Vəhdət sarayında baş tutacaq.
Məlumata əsasən, Alim Qasımovun ifasında Azərbaycan muğamları və
xalq mahnıları səslənəcək. Sənətçi qızı, Əməkdar artist Fərqanə
Qasımova ilə birgə çıxış edəcək. Alim Qasımovu konsertdə simfonik
orkestr müşayiət edəcək.
Qeyd edək ki, Alim Qasımov 2014-cü ilin may ayının 13-də Tehranın
Milad sarayında konsert vermişdi və konsert çox böyük coşqu ilə
qarşılanmışdı.
Alim Qasımov bundan öncə İranda 1992, 2002 və 2006-cı illərdə
konsert verib.