İstirahət günü hava necə olacaq?
28 İyul 2012 18:31 (UTC+04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli
Hidrometeorologiya Departamentindən bildiriblər ki, Bakıda və
Abşeron yarımadasında iyulun 29-da hava şəraitinin az buludlu,
yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi gündüz cənub-şərq
küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 20-25, gündüz 33-38
dərəcə isti təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun
temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba,
Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Şıx, Sahildə
27-28 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında iyulun 29-da,
əsasən, gecə və axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı,
qısamüddətli yağış yağacağı ehtimal var. Şərq küləyi
əsəcək.
Havanın temperaturu gecə 20-25, gündüz
34-39, dağlarda gecə 13-18, gündüz 23-28 dərəcə isti olacaq.