Bertuççinin yeni komandası bəlli oldu

3 Yanvar 2015 19:04 (UTC+04:00)

"Neftçi"nin sabiq futbolçusu Bruno Bertuççi karyerasını Braziliyanın C seriyası təmsilçisi "Portugeza"da davam etdirəcək. Movqe.az Goal.az-a istinadəb xəbər verir ki , 24 yaşlı müdafiəçi ilə cari mövsümün sonunadək müqavilə imzalanıb.

Qeyd edək ki, B.Bertuççi 2014-cü ilin oktyabrında "Neftçi" ilə müqaviləni qarşılıqlı razılaşma ilə ləğv edib.