Keçidlərdən istifadə etməyənlər üçün tədbirlər gücləndiriləcək

28 İyul 2012 15:17 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Azərbaycanın daxili işlər naziri Ramil Usubov Bakı şəhərində piyadaların qayda pozuntularının qarşısını almaq məqsədilə tədbirlərin gücləndirilməsinə dair xüsusi əmr imzalayıb. 

Təyin olunmayan yerlərdən keçən piyadaların avtomobillərlə vurulması hallarına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə daxili işlər nazirinin xüsusi əmrinə əsasən, post-patrul xidmətinin 110 nəfərdən ibarət əməkdaşı xidmət üçün BŞDYPİ-ə ezam edilib. Tədbirlər çərçivəsində Bakıda yeraltı və yerüstü piyada keçidi yaxınlığında xidmət aparan post-patrul və yol polisi əməkdaşları təyin olunmayan yerlərdən keçən piyadaları inzibati qaydada məsuliyyətə cəlb edirlər.

Türkan Nadirqızı

Movqe.Az