Gürcüstanda qatar avtobusla toqquşdu: 3 ölü

3 Yanvar 2015 22:12 (UTC+04:00)

Gürcüstanın qərbindən Tbilisiyə hərəkət edən sürət qatarı mikroavtobusla toqquşub.

Movqe.az xəbər verir ki , Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Xidmətindən şənbə günü Trend-ə verilən məlumata görə, qəza Marani kəndi ərazisində baş verib.

Toqquşma nəticəsində mikroavtobusun 3 sərnişini ölüb. Nəqliyyat vasitəsində olan iki azyaşlı uşaq isə xəsarət almayıb.

Qəzaya səbəb kimi qadağan edilmiş yerdə dəmiryol xəttinə çıxmış mikroavtobus sürücüsünün yaxınlaşan qatarı görməməsi göstərilir.