Küçənin ortasında 3 nəfər güllələndi

4 Yanvar 2015 16:14 (UTC+04:00)
ABŞ-ın Çikaqo şəhərində (İllinoys ştatı) silahlı insident baş verib.

Movqe.az APA-ya istinadən verdiyi xəbərə görə, naməlum şəxsin atəş açması nəticəsində 3 nəfər xəsarət alıb.

Hadisənin Saut-Sayd dairəsinin Raytvud bölgəsində baş verdiyi bildirilir. İlkin məlumata əsasən, naməlum şəxs içində 3 nəfərin olduğu avtomobilə yaxınlaşaraq atəş açıb.

Yaralılar xəstəxanaya çatdırılıb. Onlardan birinin vəziyyəti ağır kimi qiymətləndirilir. Hadisənin təfərrüatları müəyyənləşdirilir.