10 min ev işıqsız qaldı

4 Yanvar 2015 18:12 (UTC+04:00)
Finlandiyada güclü külək və qar 10 min evi elektrik enerjisiz qoyub.

Movqe.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, təkcə Şimali Savo və Şimali Kareliya regionunda 8 min ev işıqsız qalıb.

Qeyd olunur ki, güclü külək və sulu qar elektrik enerjisinin verilişinin bərpası üzrə işləri çətinləşdirir.

Meteoroloqların proqnozlarına əsasən, ölkə ərazisində qeyri-sabit, küləkli hava hələ bir neçə gün davam edəcək.