Ceyms Uorlik yeni tvit paylaşdı

5 Yanvar 2015 09:58 (UTC+04:00)

"2015-ci il Dağlıq Qarabağda sülh və uzunmüddətli həll ili olmalıdır. Zorakılığın bərpası buna cavab deyil".Movqe.az-ın məlumatına görə, bu fikirləri ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Twitter səhifəsində yazıb.Uorlik son günlər cəbhə xəttində gərginliyin artmasından narahatlıq ifadə edib.Qeyd edək ki, Ermənistan mətbuatı yanvarın 3-də cəbhə xəttində baş verən insident zamanı 2 erməni əsgərinin öldüyü, birinin yaralanması barədə məlumat yayıb. Ermənistan Azərbaycanın diversiya qrupunun hücum etdiyini bəyan edib.Azərbaycan Müdafiə Nazirliyi isə bunu təkzib edir və hərbçilərin hərbi hissədə qarşılıqlı atışma nəticəsində öldüyünü, Ermənistan rəhbərliyi isə vəziyyətdən çıxış kimi günahı Azərbaycan tərəfinin üzərinə atdığını bildirir.Bununla yanaşı Azərbaycan və Ermənistan Müdafiə və Xarici İşlər Nazirlikləri qarşılıqlı ittihamlarla çıxış edərək bir-birini hədələyib.