Azərbaycanlı jurnalistin oğlu intihar etdi
5 Yanvar 2015 10:57 (UTC+04:00)
AzTV-nin Gürcüstan müxbiri Şahismayıl Şəmmədoğlunun övladı
intihar edib.
Movqe.Az xəbər verir ki, bu barədə publika.az-a Gürcüstanda yaşayan
soydaşlarımız məlumat veriblər. Hadisə dünən baş verib.
İntihar olayı ilə bağlı xəbər verən soydaşlarımızın sözlərinə görə,
Şahismayıl Şəmmədoğlunun Qardabani rayonunda yaşayan oğlu özünü
tapançayla vurub. Onun bundan əvvəl valideynlərinə mesaj yazdığı
bildirilir.
İntiharın səbəbləri məlum deyil. Hadisə baş verən gün gəncin
valideynləri Bakıda olublar. İntihar edən şəxs Türkiyədə təhsil
alırmış.
Hadisənin təfərrüatı araşdırılır.