Bayram günlərində yollarda 23 nəfər can verdi

5 Yanvar 2015 10:47 (UTC+04:00)

Bayram günlərində ölkədə baş verən yol qəzalarında ölənlərin və xəsarət alanların sayı açıqlanıb.  Bayram günləri ölkə ərazisində  baş verən yol qəzalarında 23 nəfər ölüb. Baş Dövlət Yol Polisi İdarəsindən Movqe.az-a verilən məlumata görə, dekabrın 31-dən yanvarın 5-dək respublikanın avtomobil yollarında 55 yol qəzası baş verib. Nəticədə 23 nəfər ölüb, 84 nəfər yaralanıb.