İnternatdakı uşaqlara bayram sevinci yaşatdılar
5 Yanvar 2015 12:10 (UTC+04:00)
Mərdəkan 3 saylı uşaq evində Dünya Azərbaycanlılarının
Həmrəyliyi və Yeni il münasibəti ilə bayram proqramı təşkil edilib.
Movqe.az xəbər verir ki, tədbirdə fiziki və əqli problemləri olan
uşaqlara canlı musiqi, dadlı təmlar və bol-bol hədiyyələr təqdim
eidlib. Tədbirə qatılan Birləşmiş Ərəb Əmirlikləri – Azərbaycan
Mədəniyyəti Mərkəzinin sədri Tural Bayraməliyev uşaqları bayram
sovqatı ilə sevindirib. Müğənni Yaşar Yusub, Humay Qədimova,
teleaparıcı Cavid Gül də qüsurlu uşaqlara doğmalıq göstərməklə
yanaşı, onları öz çıxışları ilə əyləndiriblər.
Tədbirin sonunda açıqlama verən Mədəniyyət mərkəzinin
sədri Tural Bayraməliyev bunları qeyd edib:
"Dövlət tərəfindən himayə götürülən uşaqların bütün
ehtiyacı ödənilir. Onlara dövlət tərəfindən kifayət qədər diqqət və
qayğı göstərilir. Biz də bayram tədbirinə qatılmaqla, uşaqları
təbrik edib, hədiyyələr təqdim etməyi özümüzə borc bildik.
Mədəniyyət mərkəzinin xətti ilə xeyriyyə işlərimiz davam edəcək.
Növbəti bayramlarda bu və digər uşaq və ya qocalar evinin sakinləri
üçün böyük konsertin təşkilini nəzərdə
tuturuq".
Qeyd edək ki, T.Bayraməliyev və sənətçilər uşaqların əl
işləri, emalatxanaları, dərnəg otaqları ilə tanış olublar.
İstedadını qonaqlarla paylaşan uşaqlar, onlara üzərində
Azərbaycanın bayrağı həkk olunan əl işlərini hədiyyə
ediblər.