Azərbaycanlılardan ermənilərə qarşı zərbə

28 İyul 2012 16:00 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Ermənilərə məxsus saytlar azərbaycanlı hakerlər tərəfindən dağıdılıb. 

Dünən günorta saatlarında Anti-armenia.ORG (Anti-armenia team) saytının hakerləri tərəfindən keçirilən xüsusi əməliyyat zamanı ermənilərə məxsus saytlar dağıdılaraq əvəzində saytlarda erməni vəhşiliyini özündə əks etdirən video, şəkil və məlumatlar yerləşdirilib. Qeyd edək ki, dağıdılan saytlar sırasında www.digital.am, www.dd.am, www.atlantis.am,www.landfgroup.am, www.seo.am saytları ilə yanaşı, www.wikipedia.am kimi məşhur sayt da var.

Türkan Nadirqızı

Movqe.Az