Qazaxıstanlı müğənni Qarabağda mahnı oxumaq istəyir - FOTO
5 Yanvar 2015 16:53 (UTC+04:00)
Azərbaycan əsilli Qazaxıstan müğənnisi Neyla
Quliyeva Dağlıq Qarabağda mahnı oxumağı arzu edir.
Bu barədə müğənni müsahibəsində
deyib.
Gələcək planlarından danışan Neyla Quliyeva deyib
ki, ən böyük arzularından biri Qarabağda mahnı ifa
etməkdir.
"Siyasətlə maraqlanmıram. Ancaq açıq-aydın görünür
ki, mənim Vətənim böyük haqsızlığa qarşı dözür. Torpaqların 20%-i
işğal edilib. Lakin dünya ictimaiyyəti bu problemin həlli üçün heç
bir addım atmır. Ümid edirəm ki, yeni mahnılarım Azərbaycan üçün
mənəvi dəstək olacaq", deyə N.Quliyeva bildirib.
anspress.com