Sərnişinlərin nəzərinə: Metroda gediş haqqı qalxacaq? - AÇIQLAMA

5 Yanvar 2015 18:52 (UTC+04:00)

2015-ci ildən etibarən "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti (QSC) metroda gedişhaqqının artırılması üçün Tarif Şurasına müraciət etməyəcək. 

Bu barədə QSC-nin mətbuat xidmətinin rəhbəri  Nəsimi Paşayev bildirib.

Onun sözlərinə görə, qiyməti qaldırmaq barədə qurumun rəhbərliyi tərəfindən Tarif Şurasına müraciət olunmayıb: "Bakı Metropoliteni QSC-nin yaxın vaxtlarda Tarif Şurasına müraciət etmək fikri yoxdur. Hələ ki, metroda gediş haqqının artımı gözlənilmir. Metro sərnişinlərinin gediş haqqı ilə bağlı narahatçılığına əsas yoxdur".

Aktual.az