İranda həbsdə olan azərbaycanlı şairlərin məhkəməsinin vaxtı bəlli olub

29 İyul 2012 11:17 (UTC+04:00)

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman AbdullayevinAPA-ya verdiyi məlumata görə, bu barədə İran tərəfi Azərbaycanın Tədbrizdəki baş konsulluğunu məlumatlandırıb.
Məlumata görə, görüşdə Azərbaycanın Təbrizdəki baş konsulluğunun nümayəndəsi də iştirak edib. Bundan iki gün əvvəl isə Təbrizdəki vitse-konsul Nəriman Orucəliyev şairlərlə görüşmüşüb.
Baş konsulluğuna verilən məlumata görə, şairlərin məhkəməsi avqustun 7-ə təyin olunub.
Şairlərin sözlərinə görə, onlar İrana icazəsiz gəlməkdə ittiham olunurlar.
Qeyd edək ki, bu il aprelin 29-da İrana getmiş şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadə mayın 2-də saxlanılıblar.
Onların həbsindən sonra Azərbaycan Xarici İşlər Mazirliyi İrana 5 nota verib.