Müğənni Niyam qaraçıların arasına necə düşdü? - Fotosessiya

29 İyul 2012 21:18 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Niyam Salami küçələrə düşdü. 

Röya ilə oxuduğu "Ay ürək" mahnısı ilə daha da məşhurlaşan müğənni Niyam Salami yeni mahnısına klip çəkdirir. Sözləri Ülviyyə Alovluya, musiqisi Rəhim Rəhimliyə aid "Subaylıq - sultanlıq" mahnısına klip çəkilişləri İçəri Şəhərdə baş tutub.

Klip boyu Niyam İçəri Şəhərin dar küçələrini gəzən sevgidən nakam qalan gəncin surətini canlandıraraq ətrafına xeyli insan toplayır.

Şəhərin müxtəlif növ sakinləri arasında Niyama qoşulanlar arasında gülsatan qızdan tutmuş qaraçı rəqqasələrədək var. Əlvan rənglər və rəqslərlə bol olan klipin ssenarisi müğənninin özünə, rejissor işi isə Kənan Musayevə aiddir.

"Subaylıq - sultanlıq" mahnısına çəkilən klipin kulis arxası kadrlarını sizə də təqdim edirik:


Türkan Nadirqızı

Movqe.Az