Krım adının “Tavrida” ilə dəyişdirilməlidir

6 Yanvar 2015 09:53 (UTC+04:00)

Rusiyanın Liberal Demokrat Partiyasının lideri, Dövlət Dumasının üzvü Vladimir Jirinovski Rusiya tərəfindən ilhaq olunan Krım üçün yeni ad təklif edib.Movqe.az xəbər verir ki, Jirinovski "Lifenews" telekanalına müsahibəsində Krım adının "Tavrida" ilə dəyişdirilməli olduğunu bildirib.

"Tavrida yunan adıdır. Və Sevastopol, Feodosiya, Kerç, Yevpatoriya yunan adlarıdır. Krım təmiz Krım tatarlarının məxsus addır", - Jirinovski deyib.

Jirinovski əlavə edib ki, Liberal Demokrat Partiyası Krım adının "Tavridu" ilə dəyişdirilməsi üçün Rusiya hökumətinə müraciət edəcək.