Onudaq qeyd edək ki, tədbirin əvvəlində, tamaşaçıların alqış sədaları altında "FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012"nin rəsmi talismanı "Top-top Qız" rəqs edərək stadiona daxil olub. Festivalda populyar müğənni Azad Şabanov konsert proqramı ilə çıxış edib. Festival zamanı futbola maraq göstərən qızlar üçün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının məşqçiləri tərəfindən ustad dərsləri keçirilib. "Live Your Goals" çərçivəsində azarkeşlər arasında futbolla bağlı müsabiqə keçirilib və sualları düzgün cavablandıranlara hədiyyələr təqdim olunub.
Türkan Nadirqızı
Movqe.Az