Dağlıq Qarabağda 2 erməni əsgəri ölüb

6 Yanvar 2015 15:43 (UTC+04:00)

Erməni tərəfi Dağlıq Qarabağda növbəti dəfə itki verdiyini açıqlayıb.


 

Movqe.Az-ın "news.am" saytına istinadən yaydığı xəbərə görə, yanvarın 5-dən 6-na keçən gecə cəbhə xəttində 2 erməni əsgəri ölüb. Ölən əsgərlərin adları hələlik açıqlanmayıb. Onların Dağlıq Qarabağ sakini olduqları iddia edilir.